Putin Gürcüstana sanksiyaların qoyulmasını gərək hesab etmir - "Gürcü xalqına olan hörmətimə görə, bunu etməyəcəm"
Rusiya prezidenti Vladimer Putin bəyan edir ki, “gürcü xalqına olan hörmətinə görə”, Gürcüstana qarşı sanksiyaların qoyulmasını gərəkli hesab etmir.
Bu barədə məlumatı “Ria Novosti” yayır.
Bununla yanaşı, Rusiya prezidenti bəyan etdi ki, gürcü jurnalisti Giorgi Qabuniaya qarşı cinayət işinin qaldırılmasını də gərək hesab etmir.
“Mən Gürcüstana qarşı sanksiyaları, gürcü xalqına olan hörmətimə görə qoymazdım.
Kimsə, özünü birşey zənn edib, çıxıb nəsə sayıqlayıb ki, hərkəs onun haqqında danışsın. İstədiyinə də nail oldu. İndiyə qədər adını eşitmədiyimiz biri haqqında bugün hamı danışır. O indi dincəlməyə gedib, sonra isə, işinə davam edəcək. Ona qarşı cinayət işi qaldırmaq, ona çox böyük şərəf olar və bunu lazım hesab etmirik.
Gürcüstanda onun hərəkətindən narazı olan və etiraz edən insanlar da var və onların xətrinə və Gürcüstanla münasibətlərimizin yaxşılaşdırılması adına, Gürcüstana zərər verəcək addımlar atmayacağıq” – deyib Vladimir Putin.
Rusiya prezidentinin dediyinə görə, Gürcüstanda anti-rus əhval-ruhiyyəsi tarixi bilməyən və Gürcüstana zərər vermək istəyən insanlar tərəfindən coşdurulur.