Putin "Baltikyanı ölkələr, Gürcüstan və Moldova ilə mədəni əlaqələrin inkişafı zamanı rusdilli əhalinin hüquqlarının müdafiəsi məsələləri nəzərə alınacaq" konsepsiyanı təsdiqləyib
Vladimer Putin Rusiyanın xaricdə humanitar siyasətinin konsepsiyasını təsdiqləyib, konsepsiyada bir bənd Gürcüstana aiddir.
Konsepsiyaya əsasən, Baltikyanı ölkələr, Gürcüstan və Moldova ilə humanitar və mədəni əlaqələrin inkişafı zamanı rusdilli əhalinin hüquqlarının müdafiəsi məsələləri nəzərə alınacaq.
Sənədə əsasən, postsovet məkanında MDB üzvləri, konsepsiyada respublikalar olaraq bəhs edilən Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya bölgələri, eləcə də qondarma Donetsk və Luqansk Xalq Respublikalarında mədəniyyət, elm, təhsil, gənclər siyasəti, idman, turizm sahələrində ikitərəfli əlaqələrin dərinləşdirilməsi prioritet vəzifə olaraq qalır.