PSP - baş nazirə yoxlanılmamış məlumat verilib, ümid edirik ki, bu məlumat yaxın vaxtlarda yoxlanılacaq
PSP - baş nazirə yoxlanılmamış məlumat verilib, ümid edirik ki, bu məlumat yaxın vaxtlarda yoxlanılacaq

 

PSP əczaçılıq şirkəti baş nazir İrakli Ğaribaşvilinin bugünkü bəyanatına cavab verir. Şirkətdə baş nazirə yoxlanılmamış məlumat verildiyini açıqlayırlar.

Açıqlamada qeyd edildiyi kimi, PSP Gürcüstanda türk dərmanlarının ən böyük distribütorlarından biridir.

“Bu gün hökumətin iclasında baş nazir türk dərmanlarının dövriyyəsi ilə bağlı açıqlama verib. Baş nazirə yoxlanılmamış məlumatlar verilib. Əczaçılıq sektoru Türkiyə istehsalı olan ucuz dərmanlar layihəsinə hazırlıq mərhələsindəcə cəlb olunub və bu gün PSP Gürcüstanda türk dərmanlarının ən böyük distribütorlarından biridir. PSP üçün müştərinin marağı birincidir və müvafiq olaraq, əczaçılarımız daima həkim reseptinə uyğun olaraq müştəriyə xidmət göstərirlər. Cənab baş nazir bildirib ki, məlumat mütləq yoxlanılmalıdır, ümid edirik ki, bu, yaxın vaxtlarda baş verəcək və ictimaiyyətə məlumat veriləcək” – deyə bəyanatda deyilir.

Baş nazir hökumətin bugünkü iclasında bildirib ki: “Mən yoxlanılması gərəkən həyəcanverici məlumat eşitdim, guya PSP apteklərində müştərilərdən bahalı keyfiyyətli dərman, yoxsa keyfiyyətsiz türk dərmanı istədiklərini soruşurlar. Bu, birbaşa düşmənçilikdir və cavab tələb edir”.