Pşaveli-Abano-Omalo yolunun yol hissəsində avtomobillərin hərəkəti qadağandır
Pşaveli-Abano-Omalo yolunun km16-km72 hissəsində avtomobillərin hərəkəti qadağandır.
Məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Daxili dövlət əhəmiyyətli Pşaveli-Abano-Omalo avtomobil yolunun bəzi hissələrində baş vermiş sürüşmə ilə əlaqədar müvafiq təmizləmə tədbirləri həyata keçirilənədək km16-km72 hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib.
Avtomobil yolunun km1-km16 hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda deyilir.