Pşaveli-Abano-Omalo yolunun ayrı-ayrı hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib
Pşaveli-Abano-Omalo yolunun ayrı-ayrı hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib

 

Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Pşaveli-Abano-Omalo avtomobil yolunun 61-ci kilometrliyində yolun hərəkət hissəsində torpaq sürüşməsi baş verib. Bu səbəbdən 30 km -72 km (Abano-Omalo) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Yollar Departamentinin məlumatına əsasən, sözü gedən avtomobil yolunun 12km- 30km (Leçuri-Abano) hissəsində iki və ya üç oxlu avtomobillərin hərəkətinə icazə verilir, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. 1km-11km (Pşaveli-Leçuri) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.