Prosessual Məsələlər və Qaydalar Komitəsi “Xalq hakimiyyəti” deputat siyasi qrupunun qeydiyyata alınmasını dəstəkləyib

12:35, 13.12.2024

Prosessual Məsələlər və Qaydalar Komitəsində “Xalq hakimiyyəti” deputat siyasi qrupunun dövlət qeydiyyatına alınmasının məqsədəuyğunluğu müzakirə edilib.

Komitənin sədri Davit Matikaşvilinin sözlərinə görə, məsələnin araşdırılması nəticəsində təqdim olunan materialların parlamentin reqlamentinin tələblərinə uyğun olduğu müəyyən edilib. Komitə buna əsaslanaraq parlamentdə siyasi qrupun yaradılmasını dəstəkləyib.

Məsələ təsdiqlənmək üçün plenar iclasa çıxarılacaq.

Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.

Oxşar