Prosessual Məsələlər və Qaydaları Komitəsi İrakli Kobaxidzenin əvəzedicisi Qiorqi Barvenişvilinin parlamentin üzvü kimi səlahiyyətlərinin tanınması məsələsini dəstəkləyib
Prosessual Məsələlər və Qaydaları Komitəsi İrakli Kobaxidzenin əvəzedicisi Qiorqi Barvenişvilinin parlamentin üzvü kimi səlahiyyətlərinin tanınması məsələsini müzakirə edib və dəstəkləyib.
Dünən keçirilən plenar iclasda İrakli Kobaxidze və İrakli Çikovaninin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi səsə qoyulub, bu gün isə İrakli Kobaxidzenin əvəzedicisi Qiorqi Barvenişvilinin parlamentin üzvü kimi səlahiyyətlərinin tanınması səsə qoyulur.
İrakli Çikovaninin əvəzedicisi olmayacaq. O, Zuqdidinin majoritar deputatı olub və seçki ilində isə aralıq seçkilər keçirilmir.