Prosedur Məsələləri Komitəsi Nato və Rostom Çxeidzenin siyasi qrupun yaradılması ilə bağlı müraciətini dəstəkləyib
Gürcüstan parlamentinin Prosedur Məsələləri Komitəsi “Azadlıq” siyasi qrupunun yaradılmasını dəstəkləyib.
Komitənin sədri İrakli Kadaqişvilinin qeyd etdiyi kimi, siyasi qrupların yaradılmasına parlamentin reqlamenti icazə verir.
“Siyasi qrupun yaradılmasının təşəbbüskarları müvafiq sənədləri təqdim ediblər və bizim qeyd olunan siyasi qrupun yaradılmasını dəstəkləmək üçün rəsmi əsasımız var”- Kadaqişvili deyib.
Müxalifət deputatları, Nato və Rostom Çxeidze parlamentdə siyasi qrup yaratmaq təşəbbüsü ilə çıxış ediblər.
Nato Çxeidze və Rostom Çxeidze “Milli Hərəkat” fraksiyasının üzvləri idi. Onlar Ali Ədliyyə Şurasına hakim olmayan üzvlərin seçilməsinə dəstək verdikdən sonra sözügedən fraksiyanı tərk ediblər.