Prosedur Məsələləri və Qaydaları Komitəsinin iclasında kvotaların yenidən təyin edilməsi haqqında müzakirə aparılıb
Prosedur Məsələləri və Qaydaları Komitəsinin iclasında kvotaların yenidən təyin edilməsi haqqında müzakirə aparılıb

 

Prosedur Məsələləri və Qaydaları Komitəsinin iclasında parlamentin komitələrində və daimi parlament nümayəndə heyətlərində üzvlərin sayının və proporsional təmsilçilik kvotalarının yenidən müəyyən edilməsi müzakirə edilib.

Prosedur Məsələləri və Qaydaları Komitəsinin sədri İrakli Kadaqişvili, bir neçə deputatın “Gürcü Arzusu” fraksiyasını tərk etməsi və eləcə də “Vahid Milli Hərəkat”ın üzvü Zaal Udumaşvilinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə görə kvotaların yenidən bölüşdürülməsi zərurətinin yarandığını bildirib.

” Bütün komitələrin tərkibinin 21 üzvlə müəyyən edilməsini təklif edirik. Belə bir dəyişiklik fraksiya və ya fraksiyasız deputatların sayı artdıqda baş verir ki, bütün siyasi subyektlərin, o cümlədən fraksiyasız deputatların parlament komitələrində və nümayəndə heyətlərində olmaq üçün bərabər imkanları olsun” – deyə komitə sədri bildirib.

Komitə üzvləri müzakirə olunan məsələləri dəstəkləyiblər.