Prosedur Məsələləri Komitəsi Qiorqi Çakvetadze, Tenqiz Şarmanaşvili, Merab Kvaraia, Salome Kurasbediani və İrakli Kirtsxalianın deputat səlahiyyətlərinin tanınması məsələsini dəstəkləyib
Prosedur Məsələləri və Qaydaları Komitəsi parlamentin yeni üzvləri olaraq Qiorqi Çakvetadze, Tenqiz Şarmanaşvili, Merab Kvaraia, Salome Kurasbediani və İrakli Kirtsxalianın səlahiyyətlərinin tanınması məsələsini dəstəkləyib.
Məsələ plenar iclasda dəstəkləndikdən sonra partiyanın seçki siyahısı ilə nəzərdə tutulan üzvlər “Gürcü Arzusu” fraksiyasının parlamentdən getmiş 5 deputatının əvəzinə qanunverici orqana daxil olacaqlar.
Martın 24-də parlament beş deputatın – İrakli Kovzanadze, Qiorqi Xelaşvili, Nino İobaşvili, Vladimir Chachibaia və Qiorqi Amilaxvarinin mandatına xitam verib.