Prokurorluğun vəsatəti əsasında məhkəmə keçmiş həyat yoldaşını qəsdən öldürmə faktı üzrə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib
Gürcüstan Prokurorluğunun məlumatına görə, prokurorluğun vəsatəti əsasında məhkəmə ağırlaşdırıcı şəraitdə keçmiş həyat yoldaşını qəsdən öldürmə faktı üzrə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri nəticəsində iyulun 1-də Kutaisi şəhərində təqsirləndirilən şəxsin gender əsaslı dözümsüzlük zəminində keçmiş həyat yoldaşına xüsusi amansızlıqla, bıçaqla xəsarət yetirdiyi müəyyən edilib. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerindəcə saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 109-cu maddəsinin “t, k” və “m” alt bəndləri (qəsdən adam öldürmə,gender əsaslı törədilən cinayət, ailə üzvünə qarşı xüsusi amansızlıqla ) ilə ittiham irəli sürülüb və bu cəza ölçüsü olaraq 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Cinayət işi üzrə istintaq davam etdirilir” – deyə prokurorluğun bəyanatında deyilir.