Prokurorluğun təqdim etdiyi sübutlar əsasında, məhkəmə təqsirləndirilən şəxsi Lentexi Meriyasının binasına hücum faktı üzrə təqsirli bilib
Prokurorluğun təqdim etdiyi sübutlar əsasında, məhkəmə təqsirləndirilən şəxsi Lentexi Meriyasının binasına hücum faktı üzrə təqsirli bilib

 
Kutaisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək təqsirləndirilən şəxsi Lentexi Munisipalitetinin meriyasının binasına hücumda, odlu silah və sursatların əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilib. Məlumatı prokurorluq yayır.

“Məhkəmə prosesində təqdim olunan sübutlarla təsdiq edilib ki, təqsirləndirilən şəxs üzərində silahla Lentexi Munisipalitetinin meriyasının inzibati binasına gedib, meriyanın iş və qəbul otaqları istiqamətində bir neçə dəfə atəş açıb. Atışma nəticəsində binada yanğın başlayıb, bu da meriyanın əmlakına və inventarına ziyan vurub və məhv edib.

Saxlanılan şəxs barəsində Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin birinci hissəsi (hakimiyyət nümayəndəsinin inzibati binasına hücum) və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri (qanuna zidd şəkildə odlu silah və döyüş sursatı əldə etmə, saxlama və daşıma ) ilə ittiham irəli sürülüb.

Kutaisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi təqdim olunan ittihamlar üzrə təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrum edib”- prokurorluğun məlumatında deyilir.