Prokurorluqda bəyan edirlər ki, Əfqan Muxtarlı Almaniyanın müvafiq xidmətləri tərəfindən 2020-ci ilin iyulun 20-də dindirilib
Gürcüstanın Baş Prokurorluğunda bəyan edirlər ki, Əfqan Muxtarlı Almaniyanın müvafiq xidmətləri tərəfindən 2020-ci ilin iyulun 20-də dindirilib.
Prokurorluğun məlumatına görə, müvafiq materiallar Almaniyadan Gürcüstan Prokurorluğuna 2020-ci ilin oktyabrın birində göndrildi və cinayət işinə əlavə edildi.
“Gürcüstan prokurorluğu Əfqan Muxtarlı işi ilə bağlı aparılan istintaq çərçivəsində, Muxtarlının olduğu yerə əsasən, hüquqi yardım üçün martın 24-də, Almaniyanın müvafiq xidmtlərinə müraciət etdi. Baş prokurorluğun müraciəti əsasında, aparılan istintaq çərçivəsində, 2020-ci ilin iyulun 24-də, Almaniyada dindirildi. Sorğulanma aktı və müvafiq materiallar Almaniyadan Gürcüstan prokurorluğuna 2020-ci ilin oktyabrın 1-də göndərildi və Muxtarlı işininin materiallarına əlavə olundu.
Cinayət işi ilə bağlı istintaq davam edir, – deyiblər Birinci Kanala Gürcüstanın baş prokurorluğundan.
Vəkil Arçil Çopikaşvili dünən məlumat yaydı ki, Əfqan Muxtarlı oktyabrın 9-da Tbilisyə gəlir.
Vəkilin məlumatında qeyd olunur: Gürcüstan və Azərbaycan iqtidarlarını, 2017-ci ilin may ayında, onu Tbilisidə qeyri-qanuni şəkildə azadlıqdan məhrum etməklə ittiham edən və məhkəmə davası açan Əfqan Muxtarlı, Gürcüstan prokurorluğuna ifadə verməyi planlayır və proseslə bağlı əldə etdiyi tərəqqi haqqında medyaya bəyanat verəcək”.