Prokurorluq Zurab Caparidzeyə qarşı zorakılıq faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq Qori Munisipalitetində “Qirçi-Daha çox azadlıq” partiyasının lideri Zurab Caparidzeyə qarşı zorakılıq faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb.
İdarədən saxlanılan şəxs barəsində Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi ilə ittiham irəli sürüldüyü deyilir.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla iyunun 17-də Qori Munisipalitetində Tbilisi-Senaki-Leselidze avtomobil yolunda yerləşən supermarketin dayanacağında təqsirləndirilən şəxsin ictimai məkanda verdiyi bəyanatlar və hərəkətlərinə görə “Qirçi-Daha çox azadlıq” partiyasının təsisçisinə qarşı zorakılıq törətdiyi müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən şəxsi elə həmin gün saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb, bu cəza olaraq bir ilə qədər müddətə həbs cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə Qori Rayon Məhkəməsinə müraciət edəcək”- deyə prokurorluğun məlumatında bildirilir.