Prokurorluq Zuqdididə baş verən yol qəzası faktı ilə bağlı istintaqa başlayıb
Gürcüstan Prokurorluğu Zuqdididə insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi faktı ilə bağlı istintaqa başlayıb. Bu barədə prokurorluq məlumat yayır.
“Yanvarın 3-də Zuqdididə Mühafizə Polisi Şöbəsinin kiçik müfəttişi idarə etdiyi “Mazda” markalı avtomobil ilə iki piyadaya çırpılıb. Zərərçəkənlərdən biri yol-nəqliyyat hadisəsi nəticəsində hadisə yerində dünyasını dəyişib, digər zərərçəkən və avtomobilin sürücüsü isə Zuqdidi xəstəxanasına yerləşdirilib” -deyə prokurorluğun məlumatında deyilir.
Bununla yanaşı, qurumdan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır. Müvafiq istintaq və prosessual tədbirlər görülür, müvafiq ekspertizalar təyin edilib.