Prokurorluq Zuqdididə avtomobilə partlayıcı qurğu quraşdırmaq yoluyla qəsdən adam öldürməyə hazırlıq faktı ilə əlaqədar iki nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Zuqdididə avtomobilə partlayıcı qurğu quraşdırmaq yoluyla, qrup şəklində qəsdən adam öldürməyə hazırlıq və partlayıcı qurğunun qanunsuz şəkildə əldə edilməsi, saxlanması və daşınması faktı ilə əlaqədar iki nəfər barəsində ittiham irəli sürüb.
” Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində, 2022-ci ilin martın 30-da Zuqdidi şəhərində C.K və B.T-nin keçmişdə baş vermiş münaqişə səbəbilə C.D-ni qətlə yetirmək məqsədilə, onun idarə etdiyi avtomobilə partlayıcı qurğuların- əl qumbarası quraşdırmağa çalışdıqları müəyyən edilib – deyə prokurorluğun açıqlamasında bildirilir.
Onların verdiyi məlumata əsasən, hüquq-mühafizə orqanlarının işçiləri hər iki müqəssiri partlayıcı qurğunu quraşdırarkən saxlayıblar. Onların üzərində aparılan axtarış zamanı 2 əl qumbarası ələ keçirilib.
C.K və B.T-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 18.109-cu maddəsinin 2-ci hissəsinin “e” altbəndi (qəsdən adam öldürməyə hazırlıq, qrup halında ) və 236-cı maddəsinin 3 və 4-cü hissələri (qanunsuz olaraq partlayıcı qurğunun əldə edilməsi, saxlanması və daşınması) ilə ittiham irəli sürülüb, bu cəza olaraq 13 ildən 17 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinə baş vurulması vasitəçiliyi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” -deyə Gürcüstan Prokurorluğunda qeyd edirlər.
Onların verdiyi məlumata görə, cinayət işi üzrə araşdırma aparılır.