Prokurorluq yetkinlik yaşına çatmayan şəxsin istismarı (trefikinq) və xüsusilə ağır cinayət haqqında məlumat verilməməsi faktı üzrə ana və daha iki şəxs barəsində ittiham irəli sürüb
Prokurorluq yetkinlik yaşına çatmayan şəxsin istismarı (trefikinq) və xüsusilə ağır cinayət haqqında məlumat verilməməsi faktı üzrə ana və daha iki şəxs barəsində ittiham irəli sürüb

 
Gürcüstan Baş Prokurorluğu yetkinlik yaşına çatmayan şəxsin istismarı (trefikinq) və xüsusilə ağır cinayət haqqında məlumat verilməməsi faktı üzrə üç nəfər barəsində ittiham irəli sürüb. Məlumatı Baş Prokurorluq yayır.

Qurumun məlumatında açıqlandığı üzrə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, ana maddi cəhətdən ondan asılı olan yetkinlik yaşına çatmayan övladını öz fikrinə gətirib və 2023-cü ilin iyun ayından əməyini istismar edib.

“Təqsirləndirilən şəxs övladını küçədə dilənməyə, əşya satmağa məcbur edib və əldə edilən pulu tamamilə mənimsəyib. Daha iki nəfər xüsusilə ağır cinayət törədilməsindən xəbərdar olsalar da, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Yetkinlik yaşına çatmayan şəxsin anası barəsində Gürcüstan Cinayət Məcəlləsinin 143-cü sekunda (ikinci) maddəsinin 2-ci hissəsinin “B” yarımbəndi və üçüncü hissəsinin “B” (yetkinlik yaşına çatmayan şəxsin trefikinqi) ilə ittiham irəli sürülüb, bu da 14 ildən 17 ilədək müddətə həbs cəzasını nəzərdə tutur, daha iki nəfər barəsində isə Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddənin ikinci hissəsi (cinayət barədə məlumat verməmə) ilə ittiham irəli sürülüb, bu da 3 ildən 7 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında azyaşlının anası və təqsirləndirilən şəxslərdən biri barəsində həbs qətimkan tədbiri seçilib, cinayət barədə məlumat verməmək faktı üzrə təqsirləndirilən digər şəxs isə artıq başqa cinayət işi üzrə həbsdədir.

Daxili İşlər Nazirliyində cinayət işinin istintaqı davam etdirilir” – prokurorluğun məlumatında qeyd olunub.