Prokurorluq yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilməsi faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilməsi faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb

 
Gürcüstan Prokurorluğu bir nəfər barəsində 13 yaşlı azyaşlıya təcavüz faktı üzrə ittiham irəli sürüb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, yanvarın 18-də təqsirləndirilən şəxs Qurcaani rayonunun Cimiti kəndində yerləşən fermanın ərazisində 13 yaşlı azyaşlıya təcavüz edib” – deyə prokurorluğun məlumatında deyilir.

Sözügedən şəxs barəsində Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin “q” yarımbəndi (təcavüz, yetkinlik yaşına çatmayan şəxsə qarşı qabaqcadan bilə-bilə törədildikdə) ilə ittiham irəli sürülüb, bu da cəza ölçüsü olaraq 15 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.

“Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək” – deyə prokurorluqdan bildirilib.