Prokurorluq Xüsusi Penitensiar Xidmətinin əməkdaşına qarşı məişət zorakılığı faktı üzrə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Xüsusi Penitensiar Xidmətin əməkdaşına qarşı məişət zorakılığı faktı üzrə ittiham irəli sürüb. Məlumatı Gürcüstan Prokurorluğu yayır.
İstintaq orqanının məlumatına görə, xüsusi istintaq xidmətinin apardığı araşdırma nəticəsində təqsirləndirilən şəxsin həyat yoldaşına qarşı fiziki təzyiq göstərdiyini və onu öldürməklə hədələdiyini müəyyən edib.
“Xüsusi Penitensiar Xidmətin əməkdaşına Gürcüstan Cinayət Məcəlləsinin 126-cı Prima maddəsinin 1-ci hissəsi (bir ailə üzvü tərəfindən gender dözümsüzlüyü zəminində digər ailə üzvünə qarşı zorakılıq), 126-cı Prima maddəsinin 2-ci hissəsinin “B” yarımbəndi ilə (gender dözümsüzlüyü əsasında yetkinlik yaşına çatmayan şəxsin yanında bir ailə üzvü tərəfindən digər ailə üzvünə qarşı törədilmiş zorakılıq), 11 prima 150-ci maddənin birinci hissəsi ilə (ailə üzvünə qarşı cinsi dözümsüzlük zəminində məcbur etmə), 151-ci maddənin 2-ci hissəsinin “D” yarımbəndinə əsasən (gender dözümsüzlüyünə görə ailə üzvünü öldürməklə hədələmə) ittiham ilə irəli sürülüb.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir”, – məlumatda qeyd olunur.