Prokurorluq Tsalkada baş vermiş qətl faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq Tsalkada baş vermiş qətl faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb

 
Gürcüstan Prokurorluğu Tsalkada baş vermiş qətl faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb. Bu barədə məlumatı prokurorluğun mətbuat xidməti yayır.

İstintaq orqanının yaydığı məlumata əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla noyabrın 29-da Tsalka Munisipalitetinin Bediani kəndində təqsirləndirilən şəxsin qisas məqsədi ilə zərərçəkmişin baş nahiyəsinə balta ilə xəsarət yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib.

“Alınan xəsarətlər nəticəsində zərərçəkən yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 30-da saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, bu da cəza ölçüsü olaraq 10 ildən 15 ilədək müddətə həbsi nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarının çıxarılması haqqında məhkəməyə vəsatətlə müraciət edəcək”- məlumatda qeyd olunur.