Prokurorluq tərəfindən təqdim edilmiş sübutlar əsasında andlılar heyəti təqsirləndirilən şəxsi qətl faktı üzrə təqsirli bilib
Prokurorluq tərəfindən təqdim edilmiş sübutlar əsasında andlılar heyəti təqsirləndirilən şəxsi qətl faktı üzrə təqsirli bilib

 
Telavi Rayon Məhkəməsində andlılar heyəti qisas məqsədilə törədilmiş qətllə bağlı işi müzakirə ediblər.

Məhkəmə prosesində təqsirləndirilən şəxslə zərərçəkmişin uşaqlıqdan bir-birlərini tanıdıqları müəyyən edilib. 2022-ci ildə ortaq biznes fəaliyyətinə başlayıblar və bu zaman aralarında məbləğlə bağlı ixtilaf yaranıb.

2023-cü ilin noyabrın 11-də Keşalo kəndində təqsirləndirilən şəxs zərərçəkmişə qisas məqsədi ilə, ixtilaf zəminində çoxsaylı bıçaq zərbələri vuraraq, onu qətlə yetirib.

Prokurorluq məhkəmə prosesində təqsirləndirilən şəxsin cinayəti törətdiyini təsdiq edən sübutların məcmusunu təqdim edib.

Andlılar heyəti bütün sübutları və işin hallarını ətraflı öyrəndikdən sonra təqsirləndirilən şəxsi qəsdən adam öldürmədə təqsirli bilib.

Məhkəmə onun barəsində cəza olaraq 10 il müddətinə azadlıqdan məhrum etməni müəyyən edib.

Məlumatı Gürcüstan Prokurorluğu yayır.