Prokurorluq "TBC Bank"da baş vermiş soyğunçuluq faktı üzrə saxlanılmış şəxs barəsində ittiham irəli sürüb
Prokurorluq "TBC Bank"da baş vermiş soyğunçuluq faktı üzrə saxlanılmış şəxs barəsində ittiham irəli sürüb

 
Prokurorluq “TBC Bank”da baş vermiş soyğunçuluq faktı üzrə saxlanılmış şəxs barəsində ittiham irəli sürüb.

Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayır.

“DİN tərəfindən aparılan istintaqla, yanvarın 3-də Tbilisidə, Sulxan Tsintsadze küçəsində yerləşən “TBC Bank”ın filialında təqsirləndirilən şəxsin bankın əməkdaşlarına pistoletə bənzər əşya nümayiş etdirərək hücum etdiyi və həyatına son qoyacağı hədəsi ilə pul tələb etdiyi, lakin həyəcan siqnalının işə düşməsi səbəbindən təqsirləndirilən şəxsin pulu götürə bilmədiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib”- prokurorluğun məlumatında deyilir.