Prokurorluq Suramda həyat yoldaşını qətlə yetirən şəxsə qarşı rəsmi ittiham irəli sürdü
Şida-Kartli və Mtsxeta-Mtianeti rayon prokurorluğu, həyat yoldaşını qəsdlə qətlə yetirmək faktı ilə bağlı həbs edilən şəxsə qarşı rəsmi ittiham təqdim etdi.
Daxili İşlər Nazirliyi tərəfindən keçirilən istintaq nəticəsində məlum oldu ki, 2020-ci ilin, iylun 6-da, Xaşuri munisipalitetinin Surami qəsəbəsində, İ.K., qısqanclıq səbəbi ilə, həyat yoldaşını odlu silahdan atəş edərək, qətlə yetirib.
Hüquqmühafizəçilər İ.K-yı cinayət günü həbs etdilər.
Fakta bağlı istintaq davam edir.
Qeyd olunan cinayət 13-dən 17 ilə qədər həbs cəzasını nəzərdə tutur.