Prokurorluq Senakidə qrup halında zorakılığın təşkili və insan həyatının itirilməsi ilə nəticələnən qisas faktı üzrə 6 nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq Senakidə baş verən qrup halında zorakılığın təşkili və insan həyatının itirilməsi ilə nəticələnən qisas faktı üzrə 6 nəfər barəsində ittiham irəli sürüb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, keçmişdə yaranmış ixtilafa görə təqsirləndirilən şəxslər qrup halında hücum təşkil ediblər və qisas almaq məqsədilə mayın 19-da Senakidə bıçaqla silahlanaraq qardaşların T.Q və A.Q-nin yaşayış evinə gediblər. Təqsirləndirilən şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alan qardaşlara və onlarla birlikdə olan şəxsə qarşı qrup halında zorakılıq ediblər və qisas alıblar. Aldığı xəsarətlər nəticəsində bir nəfər dünyasını dəyişib. Hücumçular hadisə yerindən qaçaraq gizləniblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin gün qətl faktı üzrə bir nəfəri saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 19.109-cu maddəsinin “l” yarım bəndi (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) ilə ittiham irəli sürülüb, bu da cəza şəklində 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluğun vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qrup halında zorakılıqda iştirak etmiş 6 nəfər barəsində Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci və ikinci hissələri ilə (Qrup halında zorakılığı təşkil etmə, ona rəhbərlik və iştirak etmə) qiyabi şəkildə ittiham irəli sürülüb.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” – prokurorluğun məlumatında qeyd olunub.