Prokurorluq seçkilərin saxtalaşdırılması faktı üzrə iki nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq seçkilərin saxtalaşdırılması faktı üzrə iki nəfər barəsində ittiham irəli sürüb

 
Gürcüstan Prokurorluğu seçkilərin saxtalaşdırılması faktı üzrə iki nəfər barəsində ittiham irəli sürüb. Bununla bağlı məlumatı Gürcüstan Prokurorluğu yayır.

Qurumun məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Gürcüstan Parlamentinin 2024-cü ilin oktyabrın 26-da keçirilən seçkilərinin gedişatı zamanı təqsirləndirilən şəxslər Marneulinin 69 saylı seçki məntəqəsində seçkilərin saxtalaşdırılması məqsədilə seçki qutusuna saxta bülletenlər atıblar, bu hadisə sözügedən məntəqədə səsvermə prosesinin dayanmasına və səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə səbəb olub.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri məhkəmənin hökmü əsasında oktyabrın 31-də saxlayıblar. Onlar barəsində Gürcüstan Cinayət Məcəlləsinin 164³ (Seçkilərin saxtalaşdırılması) maddəsi ilə ittiham irəli sürülüb, bu cəza növü və ölçüsü olaraq iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – Prokurorluğun məlumatında deyilir.