Prokurorluq Samtrediada qəsdən adam öldürmə faktı üzrə bir nəfərə ittiham irəli sürüb
Prokurorluq Samtrediada qəsdən adam öldürmə faktı üzrə bir nəfərə ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu Samtredia munisipalitetində baş verən qəsdən adam öldürmə faktı üzrə bir nəfərə ittiham irəli sürüb. Məlumatı prokurorluq yayır.

“Daxili İşlər Nazirliyi tərəfindən keçirilən istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs avqustun 20-də, Samtrediada qonşusuna kəsici alətlə bədəninin müxtəlif nahiyəsinə xəsarət yetirib. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi həmin gün saxladılar. Ona, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

“Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib”, – prokurorluğun məlumatında qeyd olunub.