Gürcüstanın Baş Prokurorluğunun Baş İnspeksiyasının əməkdaşları tərəfindən, rüşvət verilmə faktında vəkil Q.Ç. həbs edilib.
Gürcüstanın Baş Prokurorluğunun məlumatında deyilir ki, eyni fakt ilə bağlı, Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin istintaq departamentinin rəhbər inspektor-müstəntiq A.L.-ya da həbs cəzası veriləcək.
“İstintaq nəticəsində məlum oldu ki, vəkil Q.Ç. Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin istintaq departamentinin rəhbər inspektor-müstəntiq A.L. ilə bərabər, vasitəçiyə vəzifəli şəxslərdən birinə rüşvət olaraq, 100 000 larinin verilməsini təklif etdi, əvəzinə isə, onun müdafiyəsi altında olan şəxs həbsdən azad olunmalı idi.
Qeyd olunan təklifi vasitəçi Gürcüstanın baş prokurorluğunun baş inspeksiyasına bildirdi və qeyd olunan şəxslərə qarşı istintaq başladı.
Faktla bağlı istintaq davam edir.