Prokurorluq Rustavi munisipalitetinin sakrebulosunun deputatı barədə fiziki zorakılıq faktı ilə əlaqədar ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Rustavi munisipalitetinin sakrebulosunun üzvü V.M. barədə fiziki zorakılıq faktı ilə əlaqədar ittiham irəli sürüb.
İstintaq orqanından verilən məlumatına görə, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində, iyunun 12-də Rustavidə V.M.-in iki nəfərlə birlikdə Z.V.-yə qarşı keçmişdə aralarında yaranmış narazılıq səbəbilə fiziki zorakılıq törətdiyi müəyyən edilib.
“V.M. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi (zərərçəkmiş şəxsə fiziki ağrı verən, lakin Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş nəticəyə gətirib çıxarmayan adam döymə) ilə ittiham irəli sürülüb.
Gürcüstan Prokurorluğu təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri olaraq girov hökmünün verilməsi vəsatəti ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” -deyə məlumatda qeyd olunur.