Prokurorluq Peru prezidentinin evində axtarış aparıb
Prokurorluq Peru prezidenti Dina Boluartenin evində axtarış aparıb.
Prezidentin iqamətgahına basqın mümkün “qanunsuz varlanma” və bahalı qol saatlarının bəyannaməsində istinad edilməməsi işi çərçivəsində həyata keçirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları heç kimin qapını açmadığına görə evin qapısını sındırıblar. Yerli medianın məlumatına görə, axtarış zamanı Boluarte evdə olmayıb.
Mediada onun bir neçə “Rolex” saatına sahib olması xəbəri yayıldıqdan sonra Prokurorluq prezidentə qarşı iki həftə əvvəl ilkin istintaqa başlayıb. Araşdırma nəticəsində prezidentə qarşı formal istintaqa başlanılması üçün əsasların olub-olmadığı müəyyən edilməlidir. Bolluartenin özü də təsdiq edir ki, o, bahalı saatlara illər ərzində qazandığı pulla sahibdir.
Dina Boluarte 2022-ci ilin dekabrından prezident vəzifəsini tutur.