Prokurorluq məhkəməyə hörmətsizlik faktı ilə əlaqədar bir nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu məhkəməyə hörmətsizlik faktı ilə əlaqədar bir nəfər barəsində ittiham irəli sürüb. Bu barədə prokurorluq məlumat yayır.
“Mayın 9-da Mtsxeta Rayon Məhkəməsində polis əməkdaşına hücumda təqsirləndirilən- B.Ş və Q.Ş.-nin barəsində qətimkan tədbirinin seçilməsi prosesi zamanı , iclas salonunda, hakim tərəfindən qərarın elan edilməsindən və təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsindən sonra, müqəssir B.Ş prokurorları sözü təhqir edib və ayaqqabı atıb.
B.Ş. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin birinci hissəsi ( ədalət mühakiməsinin iştirakçısını təhqir etməklə təzahür edən məhkəməyə hörmətsizlik ) ilə ittiham irəli sürülüb”- deyə idarədən bildirilib.
Prokurorluqdan verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.