Prokurorluq Martvili rayonunda baş verən yol qəzası faktı üzrə istintaqa başladı
Gürcüstan Prokurorluğu Martvili rayonunun Xumtsi kəndində baş verən yol qəzası faktı üzrə istintaqa başladı.
“24 apreldə Martvili rayonunun Xumtsi kəndində, Daxili İşlər Nazirliyinin Martvili Rayon Şöbəsinin rəis müavini, D.Q.-nın idarə etdiyi “mitsubişi” markalı avtomobilin və V.C.-nın idarə etdiyi “mersedes” markalı avtomobilin toqquşması nəticəsində, “mersedes” markalı avtomobilində olan sərnişin vəfat etdi. Həmçinin hər iki avtomobilin sürücüləri xəsarət aldılar.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə aparılır, bütün lazım olan istintaq və prosessual hərəkətlər həyata keçirilir”, – Prokurorluğun məlumatında deyilir.