Prokurorluq Marneulidə baş vermiş qəsdən adam öldürmə faktına görə bir nəfərə qarşı ittiham irəli sürüb
Prokurorluq Marneulidə baş vermiş qəsdən adam öldürmə faktına görə bir nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu Marneulidə baş vermiş qəsdən adam öldürmə faktına görə bir nəfərə qarşı ittiham irəli sürüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, noyabrın 18-də Marneulidə təqsirləndirilən şəxs kəsici-deşici alətlə zərərçəkmişə həyati üçün təhlükəli olan ağır xəsarətlər yetirərək hadisə yerindən gizlənib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən xəstəxanaya aparılmazdan əvvəl ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 19-da həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək həbs müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.

Cinayət işi üzrə istintaq davam edir.

Bu barədə məlumatı Gürcüstan Prokurorluğunun mətbuat xidməti yayıb.