Prokurorluq Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı ittiham irəli sürəcək və cəza tədbirinin verilməsi üçün məhkəməyə müraciət edəcək
Prokurorluq Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı ittiham irəli sürəcək və cəza tədbirinin verilməsi üçün məhkəməyə müraciət edəcək

Prokurorluq “TBC Bankın” nəzarət şurasının sədri Mamuka Xazaradze və onun müavini Badri Caparidzeyə qarşı ittiham irəli sürəcək və onlara cəza tədbirinin verilməsi üçün məhkəməyə müraciət edəcək, – bu barədə bəyanatı baş prokurorluqda keçirilən brifinqdə Salome Çikobava verdi.

Prokurorluğun məlumatına görə, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı irəli sürülən rəsmi ittiham artıq hazırdır.

“Bildiyiniz kimi, 2018-ci ilin avqustun 2-də, Gürcüstanın baş prokurorluğu TBC Bankın nəzarət şurasının sədri və onun müavininə qarşı, bankda qeyri-qanuni gəlir əldə etmək, yəni  16 754 000 amerikan dollarının mənimsənməsi faktı, ilə bağlı istintaq prosesini başlatdı.

İctimaiyyətin yüksək marağından irəli gələrək, bildirmək istəyirik ki, aparılan istintaq nəticəsində keçirilən analiz nəticələrinə əsasən, artıq yekun qərar verilib.

Qeyd olunan şəxslərə veriləcək cəza tədbirləri haqqında detallı məlumatı prokurorluq daha sonra verəcək” – deyilir prokurorluğun bəyanatında.