Prokurorluq - Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı irəli sürüləcək rəsmi ittihamnamə hazırdır
Prokurorluq - Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı irəli sürüləcək rəsmi ittihamnamə hazırdır

TBC Bankın nəzarət şurasının sədri Mamuka Xazaradze və müavini Badri Caparidzeyə qarşı irəli sürüləcək rəsmi ittihamnamə hazırdır.

Bu barədə bəyanat baş prokurorluqda keçirilən brifinqdə verildi.

“Bildiyiniz kimi, 2018-ci ilin avqustun 2-də, Gürcüstanın baş prokurorluğu TBC Bankın nəzarət şurasının sədri və onun müavininə qarşı, bankda qeyri-qanuni gəlir əldə etmək, yəni  16 754 000 amerikan dollarının mənimsənməsi faktı, ilə bağlı istintaq prosesini başlatdı.

İctimaiyyətin yüksək marağından irəli gələrək, bildirmək istəyirik ki, aparılan istintaq nəticəsində keçirilən analiz nəticələrinə əsasən, artıq yekun qərar verilib.

Qeyd olunan şəxslərə veriləcək cəza tədbirləri haqqında detallı məlumatı prokurorluq daha sonra  verəcək” – deyilir prokurorluğun bəyanatında.