Prokurorluq Lilo yaşayış məntəqəsində, ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə iki nəfər barəsində ittihamı irəli sürüb
Prokurorluq Lilo yaşayış məntəqəsində, ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə iki nəfər barəsində ittihamı irəli sürüb

 

Gürcüstan Prokurorluğu ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə iki nəfər barəsində ittihamı irəli sürüb.

İdarədən verilən məlumatda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində, avqustun 14-də Tbilisinin Lilo yaşayış məntəqəsində, qrup şəklində intiqam almaq məqsədilə, gender əsaslı dözümsüzlük motivi ilə oğulun anaya bıçaqla çoxsaylı xəsarətlər yetirdiyinin, onun dostunun isə zərərçəkmişi bağlayaraq, qaçmasına icazə vermədiyinin müəyyən edildiyi deyilir. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə dünyasını dəyişib.

“Polislər hər iki müqəssiri həmin gün saxlayıblar. Dünyasını dəyişən şəxsin övladı N.X. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsinin “t”, “i”, “k” və “m” yarım bəndləri (gender əsaslı, qrup şəklində, ailə üzvünü xüsusi amansızlıqla qəsdən öldürmə ), R.N.-barəsində isə Cinayət Məcəlləsinin 109-cu maddəsinin “t”, “i” və “m” yarım bəndləri ilə (gender əsaslı, qrup şəklində, xüsusi amansızlıqla qəsdən adam öldürmə ) ittiham irəli sürülüb. Bu isə cəza olaraq 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə məhkəməyə müraciət edəcək” – deyə açıqlamada qeyd olunub.