Prokurorluq "Lanset" klinikası tərəfindən Azərbaycandan dəvət edilən cərraha qarşı cinayət işi qaldırdı
Prokurorluq "Lanset" klinikası tərəfindən Azərbaycandan dəvət edilən cərraha qarşı cinayət işi qaldırdı

Gürcüstanın Baş Prokurorluğu “Lanset” klinikası tərəfindən Azərbaycandan dəvət edilən cərrah-transplantoloqa qarşı cinayət işi qaldırdı.

Bu barədə məlumat baş prokurorluq tərəfindən yayılan bəyanatda verilir.

“İş ilə bağlı keçirilən istintaq nəticəsində məlum oldu ki, Tbilisidə, David Ağmaşenebeli xiyabanında yerləşən tibb müəssisəsi MMC “Lanset”-in direktoru, hansının klinikasına Gürcüstan Dövləti tərəfindən transplantasiya əməliyyatların keçirilməsi üçün icazə verilmişdi, 2016-cı ilin əvvəlində, transplantasiya əməliyyatları üçün Azərbaycandan cərrah-transplantoloq M.K.-yı gətirdi, hansının ki, Gürcüstanda alınan tibbi lisenziyası yox idi.

Onun Gürcüstana gətirilməsindən sonra, “Lanset” klinikasının direktoru, pasientləri cəlb etmək üçün kütləvi medyada yanlış məlumat yaydı ki, güya “Lanset” klinikasına  Türkiyədən transplantasiya sahəsinin mütəxəssisləri gəlib, pulsuz konsultasiyalar keçirirdilər.

Əməliyyat keçirilənə qədər, “Lanset” klinikasının direktoru pasientlərə və onların yaxınlarına, keçiriləcək əməliyyatların nəticələri haqqında məlumat verməli idi, ancaq pasientlərə kifayət qədər məlumat verilmədi. Pasientin birinə isə, təcili əməliyyat lazım olduğunu bəyan edərək, klinikanın rəhbərliyi ödəyəcəyi məbləği dərhal əməliyyatdan öncə tələb etdi.

2016-cı ilin mart ayında MMC “Lansetdə” iki pasientə qara ciyər transplantasiyası əməliyyatı keçirildi. Dövlət lisenziyası və icazəsi olmadan keçirilən qeyri-qanuni əməliyyat nəticəsində klinikanın hər iki pasienti həyatını itirdi.

İstintaq zamanı təyin edilən ekspertiza nəticəsində məlum oldu ki, dərhal əməliyyatın gərəkdiyi söylənən və əməliyyatdan sonra, ölən pasientlərin birinə, təcili əməliyyat əslində gərəkmirdi.

İttiham edilən və lisenziyası olub-olmadığı bəlli olmayan azərbaycanlı cərrah isə, istintaq qarşısına çıxmaqdan imtina edir.

Qeyd olunan cinayət, Gürcüstan qanunvericiliyinə əsasən, altıdan doqquz ilə qədər həbs cəzasını nəzərdə tutur.

Prokurorluğun dediyinə görə, MMC “Lansetin” direktoru Fərman Ceyranlıya qarşı qaldırılan cinayət işi ilə bağlı şəhər məhkəməsində müzakirə hələ davam edir və eyni zamanda, onun üçün Gürcüstanın Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsinə əsasən, həbs qərarı verilib.