Prokurorluq - kompleks istintaq nəticəsində 2 000 000 dollarlıq qeyri-qanuni gəlirin leqallaşdırılması üzrə transmilli cinayətin üstü açılıb
Gürcüstanın Baş Prokurorluğunda aparılan kompleks istintaq nəticəsində 2 000 000 dollarlıq qeyri-qanuni gəlirin leqallaşdırılması üzrə transmilli cinayətin üstü açılıb -bu barədə Gürcüstan Prokurorluğu məlumat yayır. İstintaq idarəsinin verdiyi məlumata əsasən, bir fiziki və üç hüquqi şəxs barəsində cinayət təqibi başladılıb.
“İstintaq nəticəsində müəyyən edib ki, ABŞ-da qeydiyyatda olan müəssisənin sahibi və onunla cinayət əlaqəsi olan şəxslər, dırnaq arası yüksək nüfuzlu hüquqi şəxs adından, Honq-Konqda fəaliyyət göstərən şirkətin direktoru ilə əlaqə qurublar və onu tanınmış müəssisələrin səhmlərini almaq yoluyla sərfəli investisiyalar yatırmaq imkanlarına inandırıblar.
Qeyd olunanlar nəticəsində, zərərçəkmiş şirkətin bank hesabından ABŞ-a, qanuna zidd məqsədlər üçün yaradılmış müəssisənin bank hesabına köçürülən 13 329 181,71 ABŞ dollarını cinayətkar dəstənin üzvləri dələduzluq yolu ilə ələ keçiriblər.
Daha sonra, qeyri-qanuni yolla əldə edilən vəsaitləri bölərək dünyanın müxtəlif ölkələrinə köçürüblər. O cümlədən 1 906 263,7 dollar saxta təyinat və saxta sənədlərlə Gürcüstanda, təqsirləndirilən şəxsin və ona məxsus üç müəssisənin və onunla əlaqəli fiziki şəxslərin bank hesablarına köçürülüb.
Bu hərəkətlə cinayətkar qruplaşmanın üzvləri təqribən 2 milyon dollar həcmində çirkli pulu yuyublar.
İstintaq mərhələsində müqəssirin müəssisələrinin bank hesablarına qoyulmuş cinayət mənşəli pulların əhəmiyyətli hissəsinə həbs qoyulub. Həbs qoyulmuş, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin müsadirə olunmasını təmin etmək məqsədilə prokurorluq tərəfindən müvafiq hüquqi prosedurlar həyata keçiriləcək.
Təqsirləndirilən fiziki şəxsə yönəlik qrup şəklində törədilmiş xüsusilə külli miqdarda gəlir əldə etməklə müşaiyət olunmuş qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə cinayət təqibi başladılıb. Bu isə cazə olaraq 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Hüquqi şəxslərə yönəlik irəli sürülən ittiham da həmçinin qrup şəklində törədilmiş xüsusilə külli miqdarda gəlir əldə etməklə müşaiyət olunmuş qanunsuz gəlirin leqallaşdırılmasını nəzərdə tutur, bu isə caza olaraq ləğvetmə və ya fəaliyyət hüququndan məhrumetmə və cəriməni nəzərdə tutur.
Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Gürcüstanın Baş Prokurorluğu cinayətkar qruplaşmanın üzvlərinin, eləcə də oxşar fəaliyyətlə məşğul olan digər fiziki və ya hüquqi şəxslərin müəyyən edilərək ifşa olunması məqsədilə istintaqı və beynəlxalq əməkdaşlığı davam etdirir” -deyə prokurorluğun məlumatında qeyd olunur.