Prokurorluq K.P.-ya iki şəxsə qarşı fiziki zorakılıq fakti üzrə ittiham irəəli sürüb
Gürcüstan Prokurorluğu K.P.-ya iki şəxsə qarşı törədilmiş fiziki zorakılıq faktı üzrə ittiham irəli sürüb.
Qurumun məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, 2024-cü il mayın 5-də Lançxuti şəhərində K.P. spirtli içəcəyin təsiri altında olan şəxs qonşuluqda yaşayan iki şəxsə qarşı fiziki təzyiq göstərib, xüsusən də əliylə hər ikisinin üz nahiyəsinə vurub.
“K.P.-ya qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 126-cı maddəsinin birinci prima hissəsinin “Q” yarımbəndi ilə (iki şəxsə qarşı zorakılıq törədilməsi) ittiham irəli sürülüb. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, – Baş Prokurorluğu tərəfindən yayılan məlumatda qeyd olunub.