Prokurorluq jurnalist Giorgi Sanaianın qətli ilə bağlı yeni aşkar olunan faktlar əsasında yeni istintaq başlaya bilər
Gürcüstanın baş prokurorluğunda yeni aşkar olunan faktların əsasında, 2001-ci ilin iyulun 26-da baş verən jurnalist Giorgi Sanaianın qətl faktı ilə bağlı yeni istintaq başladıla bilər.
Baş prokurorluğun məlumatına görə, cinayətlə bağlı yeni soruşdurma keçirildi.
Jurnalist Giorgi Sanaianın öldürülməsi ilə bağlı, 2001-ci ilin dekabrın 5-də, Gürcüstan vətəndaşı Qriqol Xurtsilava məsuliyyətə cəlb olundu və 2003-cü ilin iyulun 9-daməhkəmə tərəfindən suçlu bilinərək, 13 il həbs cəzası aldı.
Qeyd olunan qərar, Tbilisi Appelyasiya və Kasasiya Məhkəmələri tərəfindən də təsdiqləndi.