Prokurorluq Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşı S.Q-ya qarşı, qeyri-birbaşa qətlə yetirmək maddəsi ilə, ittiham irəli sürdü
Prokurorluq Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşı S.Q-ya qarşı, qeyri-birbaşa qətlə yetirmək maddəsi ilə, ittiham irəli sürdü – bu barədə bəyanatı prokurorluq verir.
Söhbət Tbilisidə, Vaja-Pşavela prospektində baş verən faktdan gedir.
Evinin pəncərəsini qabağında oturan 50 yaşlı qadın başından güllə ilə vurulduğu anda, həyatını itirdi.
Faktla bağlı aparılan istintaq zamanı məlum oldu, “Ağdqoma” gecəsi, evində alkohol təsiri altında olan polis əməkdaşı S.Q. evinin balkonuna çıxıb “Vikinq” tipli odlu silahından qarşıya doğru bir neçə dəfə atəş etdi. Onun attığı güllərlədən biri 500 metr irəlilə yerləşən binanın, yeddinci mərtəbəsində yaşayan qadına dəyib.
İstintaqın məlumatına görə, S.Q-nın evində digər polis əməşdaşları da var idi, ancaq onlar, S.Q. tərəfindən atəş açılana qədər, evi tərk etmişdilər.
Prokurorluöun məlumatına görə, qeyd olunan cinayət 7-dən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.