Prokurorluq qrup zorakılığı faktına görə 6 nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu qrup zorakılığı faktına görə altı nəfərə qarşı ittiham irəli sürüb.
Prokurorluqdan verilən məlumata əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər hazırkı mərhələdə şəxsiyyəti məlum olmayan digər şəxslərlə birlikdə Tbilisidə, Qldani rayonun I mikrorayon ərazisində 4 nəfərə hücum edərək onlara qarşı fiziki zorakılıq göstəriblər
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri sentyabrın 23-də həbs ediblər. Onlar Cinayət Məcəlləsinin 2 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan, 126-cı maddəsinin 1-ci prima hissəsinin “b” və “c” bəndləri ilə ( qrup halında və iki və ya daha çox şəxsə qarşı zorakılıq törədildikdə) ittiham olunublar.
Prokurorluq təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.
Sözügedən hücumda iştirak edən digər şəxslərin müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı davam etdirilir”, – deyə qurumun məlumatında bildirilir.
Müəllif -
Mehemmed Bayramaliyev