Prokurorluq qrup şəklində törədilmiş zorakılıq faktı üzrə 4 nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu qrup şəklində törədilmiş zorakılıq faktı üzrə 4 nəfərə qarşı ittiham irəli sürüb.
Prokurorluğun yaydığı məlumatda qeyd olunduğu üzrə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, sentyabrın 3-də Daba Çoxatauridə təqsirləndirilənlər qrup şəklində zorakılıq ediblər.
“Hər dörd şəxs barəsində Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci əlavə hissəsinin “b” yarımbəndi (qrup şəklində törədilən zorakılıq) ilə ittiham irəli sürülüb, bu da cəza növü və tədbiri kimi iki ilədək həbs cəzasını nəzərdə tutur.
Prokurorluq həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə artıq müraciət edib.
Cinayət işi üzrə istintaq davam etdirilir” – deyə məlumatda deyilir.