Prokurorluq Gori şəhərində polis əməkdaşlarının xidməti səlahiyyətlərini zorakılıqla aşması ittihamı ilə 6 nəfəri həbs edib
Prokurorluq Gori şəhərində polis əməkdaşlarının xidməti səlahiyyətlərini zorakılıqla aşması ittihamı ilə 6 nəfəri həbs edib

Prokurorluq polis əməkdaşlarının xidməti səlahiyyətlərini zorakılıqla aşması faktı üzrə 6 nəfəri həbs edib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Şida Kartli və Mtsxeta-Mtianeti regional prokurorluğunun istintaq idarəsi, Daxili İşlər Nazirliyinin Baş İnspeksiyası ilə koordinasiyada aparılan istintaq nəticəsində müəyyən edilib ki, 2026-cı il 27 mayda Qori şəhərində təqsirləndirilən şəxslər bir şəxsi saxlayarkən zorakılıq tətbiq edərək səlahiyyətlərini aşıblar. Nəticədə zərərçəkənin hüquqları ciddi şəkildə pozulub və onun sağlamlığına ziyan dəyib.

Aparılmış qısa müddətli istintaq nəticəsində toplanan sübutlara əsasən, təqsirləndirilən şəxslər 28 mayda həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” bəndi ilə (zorakılıqla səlahiyyət həddini aşma) ittiham irəli sürüləcək. Bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Gürcüstan Prokurorluğu bildirir ki, yüksək ictimai maraq səbəbilə istintaqın gedişi barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.