Prokurorluq qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Tbilisidə törədilmiş qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb. Məlumatı Gürcüstan Prokurorluğu yayır.
İstintaq orqanının yaydığı məlumata əsasən, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaqla, yanvarın 31-də Tbilisidə, Qarağanidze küçəsinin yaxınlığındakı ərazidə, qarşılıqlı mübahisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmişə bədəninin müxtəlif hissələrinə odlu silahdan bir neçə xəsarət yetirdiyi müəyyən edilib.
“Aldığı xəsarət nəticəsində zərərçəkən yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi fevralın 1-də saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) və 236-cı maddəsinin (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) üçüncü və dördüncü hissələri ilə ittiham olunub.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” – məlumatda qeyd olunub.