Prokurorluq gender əsaslı ayrı-seçkilik motivi ilə fiziki və cinsi zorakılıq, məcburetmə və şəxsi sənədlərin oğurlanması faktları ilə əlaqədar bir nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu gender əsaslı ayrı-seçkilik motivi ilə fiziki və cinsi zorakılıq, məcburetmə və şəxsi sənədlərin oğurlanması faktları ilə əlaqədar bir nəfər barəsində ittiham irəli sürüb-bu barədə məlumatı prokurorluq yayır.
“Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində, təqsirləndirilən şəxsin qısqanclıq və gender əsaslı ayrı-seçkilik zəminində zərərçəkmişə qarşı zorakılıq törətdiyi, şəxsi həyatını əks etdirən məlumatları açıqlayacağı ilə hədələdiyi və onunla cinsi əlaqəyə girməyə məcbur etdiyi müəyyən edilib. Həmçinin, fiziki məcburetmə yolu ilə zərərçəkənin pasportunu ələ keçirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi avqustun 20-də saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 126-cı , 139-cu (cinsi əlaqəyə məcbur etmə), 150-ci (məcbur etmə) və 363-cü (vacib şəxsi sənədi oğurlama) maddələri ilə ittiham irəli sürülüb. Bu isə cəza olaraq 5 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”- deyə prokurorluğun məlumatında qeyd olunur.