Prokurorluq - Qəddarca döydükdən sonra, cinayətkarlar Giorgi Şakaraşviliyi Araqvi çayına atdılar, harda o həlak oldu
Prokurorluq - Qəddarca döydükdən sonra, cinayətkarlar Giorgi Şakaraşviliyi Araqvi çayına atdılar, harda o həlak oldu

Gürcüstanın baş prokurorluğu Giorgi Şakaraşvilinin Giorgi Şakaraşvilinin qəstlə qətlə yetirmək ittihamı ilə “Toyota Kamridə” oturan beş nəfərə qarşı cinayət işi qaldırdı.

Bu şəxslər Vaxtanq Çikovani, Arçil Qaqnidze, Nikoloz Revazişvili və yeniyetmələr Z.X. və A.K.-dır.

Bu barədə məlumat prokurorluq tərəfindən keçirilən brifinqdə verildi.

Ekspertiza nəticəsində məlum oldu ki, Giorgi Şakaraşviliyə yetirlən zərbələr yumruq, təpik, və yaxud daş kimi bərk alətlə yetirilib.

Prokurorluğun məlumatına görə, qəddarca döyülən Giorgi Şakaraşviliyi cinayətkarar onun öldüyünü düşünərək, Araqvi çayına atdılar, harda o sonradan həlak oldu.

Beş nəfərə qarşı qaldırılan cinayət işi 13-dən 17-yə qədər azadlıqdan məhrum edilməyi nəzərdə tutur.

Prokurorluq Şakaraşvilinin işi ilə bağlı qrafik material yayır.