Prokurorluq Fransa şirkətinin məbləğlərinin dələdüzlüklə mənimsənməsi faktını aşkarladı
Prokurorluq Fransa şirkətinin məbləğlərinin dələdüzlüklə mənimsənməsi faktını aşkarladı

Gürcüstanın baş prokurorluğunun məlumatına görə, idarə trans-milli cinayət aşkarlayıb.

Prokurorluğun məlumatına görə, söhbət Fransada qeydiyyatdan keçən şirkətin böyük miqdarda pul məbləğinin mənimsənməsi faktından gedir və bir neçə nəfərə qarşı cinayət işi qaldırılıb.

“Cinayət qrupunun üzvləri, Amerikan avia-şirkətinin nümayəndələrinin adı ilə, Fransa şirkətinə saxta invoys göndəriblər və şirkətə, Gürcüstanda Q.C. tərəfindən təsis edilən saxta şirkətin hesabına 450 000 dollar köçürtdürüblər. Dələdüzlüklə mənimsənən məbləğin 30 000 dollarını N.X və Q.C. çıxardıb, aralarında bölüşüblər.

Qeyd edilməlidir ki, saxta hesbda qalan 420 000 dollar fransız şirkətinə geri qaytarılacaq.

Qeyd olunan cinayət 9 ilə qədər həbs cəzasını nəzərdə tutur”, – deyilir prokurorluğun bəynatında.

Prokurorluğun dediyinə görə, faktla bağlı istintaq davam edir.