Prokurorluq dırnaq arası Zəng Mərkəzləri vasitəsilə dələduzluq və çirkli pulların yuyulması ilə məşğul olan 9 nəfəri müəyyən edib

 

Gürcüstanın Baş Prokurorluğu dırnaq arası Zəng Mərkəzləri vasitəsilə dələduzluq və çirkli pulların yuyulması ilə məşğul olan 9 nəfəri müəyyən edib-bu barədə məlumatı Baş Prokurorluq yayır. İdarədən verilən məlumata görə, transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan yeddi fiziki və iki hüquqi şəxs barəsində cinayət təqibi başladılıb.

“Gürcüstan Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, mütəşəkkil dəstə üzvləri cinayət fəaliyyəti dövündə, Almaniya Federativ Respublikası və digər ölkələrin vətəndaşlarına məxsus külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəyib, cinayətkarlıq yoluyla ələ keçirilmiş qanunsuz gəlirləri leqallaşdırıblar.

Cinayət planına müvafiq olaraq, mütəşəkkil dəstə üzvləri Gürcüstanda təsis edilmiş müəssisələrin bazasında dırnaq arası Zəng Mərkəzləri yaradıblar. Cinayətkar qrupun hədəfi müxtəlif Avropa ölkələrində yaşayan vətəndaşlar olub.

Dırnaq arası Zəng Mərkəzlərinin əməkdaşları Almaniya Federativ Respublikası və digər ölkələrin vətəndaşları ilə əlaqə saxlayıb, onlara özlərini uydurma adlarla təqdim edərək, şirkətlərinin yerləşdiyi yer barədə saxta məlumat verərək, cinayətkar qrup tərəfindən yaradılmış elektron platformadan istifadə etməklə qiymətli kağızların, səhmlərin, valyutaların və kriptovalyutaların elektron ticarətində iştirak etməyi təklif ediblər.

Operatorlar müştəriləri əmin edirlərmiş ki, onların köməyi ilə böyük qazanc əldə edə biləcəklər. İstifadəçinin razılığı alındıqdan sonra onlardan ayrılan vəsaitlər cinayətkar qrupun nəzarətində olan bank hesablarına yerləşdirilir və bir hissəsi fiktiv təyinatlarla onların Gürcüstandakı şirkətlərinin hesablarına köçürülürmüş.

Transmilli cinayətkar qruplaşmanın üzvü olan fiziki şəxslər barəsində dələduzluq və qanunsuz gəlirin leqallaşdırılması maddələri ilə cinayət təqibi başladılıb, bu cəza olaraq 9 ildən 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Hüquqi şəxslər barəsində Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət təqibi başladılıb. bu cəza olaraq likvidasiyanı və ya fəaliyyət hüququnun əlindən alınmasını və cəriməni nəzərdə tutur” – deyə prokurorluğun açıqlamasında bildirilir.

Həmçinin, Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, aparılan istintaqlar çərçivəsində, analoji faktlara dair bu mərhələdə mütəşəkkil cinayətkar dəstənin üzvü olan 24 fiziki və iki hüquqi şəxs barəsində cinayət təqibi başladılıb, bir nəfərin ekstradisiyası ilə bağlı prosedurlar davam etdirilir.

“İctimaiyyətə məlum olduğu kimi, Gürcüstan ərazisində saxlanılan cinayətkar qrupun üzvləri ilə yanaşı, “Eurojust” təşkilatının dəstəyi ilə Gürcüstanın iştirakı ilə yaradılmış birgə beynəlxalq istintaq çərçivəsində, mütəşəkkil cinayətkar qrupun fəaliyyətinə qoşulmuş xarici ölkə vətəndaşları, o cümlədən cinayətin təşkilatçıları barəsində cinayət təqibi başladılıb. cinayət təqibi də başlayıb.

İş üzrə intensiv istintaq və cinayətkar qruplaşma üzvlərinin, habelə oxşar fəaliyyətlə məşğul olan digər fiziki və ya hüquqi şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində beynəlxalq əməkdaşlıq aparılır” -deyə prokurorluğun yaydığı məlumatında deyilir.