Prokurorluq bir nəfərə seçki avadanlığının zədələnməsi ilə bağlı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Bağdati bələdiyyəsinin Didvela kəndində yerləşən seçki məntəqəsində seçki avadanlığının zədələnməsinə görə bir nəfərə qarşı ittiham irəli sürüb. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
“Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Bağdati bələdiyyəsinin Didvela kəndində yerləşən 23 saylı seçki məntəqəsində təqsirləndirilən şəxs qəsdən Mərkəzi Seçki Komissiyasına məxsus 5280 lari dəyərində iki seçici yoxlama aparatını zədələyərək hadisə yerindən gizlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 7-də həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi (başqasının əmlakına ziyan vurma və ya məhv etmə, külli miqdarda ziyan vurma) ilə ittiham olunub və bu, bir ildən beş ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. – Məlumatda qeyd olunur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.