Prokurorluq azyaşlıya təcavüzə cəhd faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu azyaşlıya təcavüzə cəhd faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb.
İstintaq orqanı tərəfindən yayılan məlumatda, Daxili İşlər Nazirliyinin apardığı istintaqla təqsirləndirilən şəxsin sentyabrın 6-da 12 yaşlı zərərçəkmişin köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etməklə və zorakılıq tətbiq etməklə hədələyərək, azyaşlıya təcavüz etməyə cəhd etdiyinin müəyyən edildiyi deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi sentyabrın 8-də saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 19-137-ci maddəsinin 4-cü hissəsinin “q” yarımbəndi ilə ittiham irəli sürülüb, bu isə cəza ölçüsü olaraq 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.
Cinayət işi üzrə istintaq davam edir.